Oktyabrın 12-də Kənd Təsərrüfatı Nazirliyi və Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, eləcə də Dövlət Turizm Agentliyinin dəstəyi ilə VI "Alma bayramı" keçirilib.
2012-ci ildən bəri hər il keçirilən bayram mərasimində müxtəlif kompozisiyalar, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib, qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.
Agentlik tərəfindən bayram tədbirinin keçirildiyi əraziyə kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə mediatur təşkil edilib.
Bayram tədbirinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, bir sıra nazirliklərin vəzifəli şəxsləri, millət vəkilləri, xarici ölkələrin nümayəndələri və iş adamları qatılıblar.
20 minə yaxın insanın iştirak etdiyi tədbir çərçivəsində bağbanlar arasında ən böyük alma nominasiyası üzrə yarış təşkil olunub, sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib.
Qeyd edək ki, “Alma Bayramı”nın keçirilməsində də məqsəd rayon iqtisadiyyatının əsasını təşkil edən meyvəçiliyin, xüsusilə də məşhur Quba almasının daha geniş miqyasda təbliğ olunması ilə yanaşı, Qubanın zəngin və qədim tarixini, adət-ənənələrini, mətbəxini, müxtəlif sənətkarlıq sahələrini, iqtisadi və turizm potensialını, mədəniyyətini, incəsənətini, rayonda mövcud olan multikultural və tolerant dəyərləri daha yüksək səviyyədə nümayiş etdirməkdən ibarətdir.