Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.
“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Gədəbəy rayonundan bəhs olunub.
“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Gədəbəy rayonundan bəhs olunub.
Gədəbəy buraxılışında rayonun tarixi, qədim yaşayış məskənləri, zəngin təbiəti, mədəniyyəti, mətbəxi, “Siemens” qardaşlarının buradakı fəaliyyəti, alman irsi, turizm əhəmiyyətli məkanları və s. barədə izləyicilərə geniş məlumat verilib.
Layihə çərçivəsində növbəti veriliş isə Qəbələ rayonuna həsr olunacaq.
Məlumat üçün qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.
Gədəbəy buraxılışının videosunu təqdim edirik: