Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə ölkəmizin daxili turizm potensialının təbliğatı və mövcud yerli turizm imkanların tanıdılmasını hədəfləyən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.
“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışı İsmayıllı rayonuna həsr olunub.
Buraxılışda rayonun tarixi, təbiəti, tarixi şəxsiyyətləri, mədəniyyəti, turizm əhəmiyyətli məkanları, kulinariyası haqqında geniş məlumatlar ictimaiyyətə təqdim edilib.
Layihə çərçivəsində növbəti veriliş isə Gədəbəy rayonuna həsr olunacaq.
Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.
İsmayıllı buraxılışının videosunu təqdim edirik: