“REAL Vətən” Lənkəranın turizm imkanlarını təqdim etdi

12:15 04.10.2021
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etdirmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.
 
“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Lənkəran rayonundan bəhs olunub.

Lənkəran buraxılışında rayonun tarixi, özünəxas milli mətbəxi, ekoturizm potensialı, memarlıq abidələri Dairəvi qala, Mayak, Xan Evi, Hirkan meşəsi, Xanbulan çay dəryaçası, Şeyx Zahid türbəsi, İbadi İstisu Mərkəzi, Çay plantasiyaları, Qızılağac Milli Parkı və digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat təqdim olunub.
 
Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.
 
Lənkəran buraxılışının videosunu təqdim edirik: