Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.
“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Qusar rayonundan bəhs olunub.
“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Qusar rayonundan bəhs olunub.
Qusar buraxılışında rayonun tarixi, ecazkar təbiəti, mədəniyyəti, xalçaçılıq ənənələri, özünəxas mətbəxi, Laza, Həzrə, Hil kimi kəndlərin turizm imkanları, unikal tarixi abidələri, “Şahdağ” Turizm Mərkəzinin qış və yay turizmi üçün mövcud potensialı, həmçinin digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat verilib.
Buraxılışda, həmçinin dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən və Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər zirvəsi fəth edilib və zirvə haqda informasiya təqdim olunub.
Layihə çərçivəsində növbəti veriliş isə Oğuz rayonuna həsr olunacaq.
Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.
Qusar buraxılışının videosunu təqdim edirik: