Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.
“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Şamaxıdan bəhs olunub.
“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Şamaxıdan bəhs olunub.
Şamaxı buraxılışında rayonun tarixi, mədəniyyəti, tarixi şəxsiyyətləri, ekoturizm potensialı, tarixi və dini abidələri, mətbəxi, Astrofizika Rəsədxanası, açıq məkanda təbii halda heyvanları müşahidə məqsədli Safari Parkı, Pirqulu, Dəmirçi, Qaladərəsi kimi kəndlərin turizm imkanları, həmçinin digər turizm əhəmiyyətli məkanları haqda izləyicilərə geniş məlumat verilib.
Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.
Şamaxı buraxılışının videosunu təqdim edirik: