Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etdirmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.
“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Tovuz rayonundan bəhs olunub.
Tovuz buraxılışında rayonun tarixi, ekoturizm potensialı, özünəxas milli mətbəxi, memarlıq abidələri Koroğlu qalası, Alban məbədi, Göytəpə və Yanışlı abidələri, Əsrik, Xınna, Axınca və Öksüzlü dərələri, Soltan şəlaləsi, Kür çayı, Aşıq muzeyi, Alman irsi və digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat təqdim olunub.
Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.
Tovuz buraxılışının videosunu təqdim edirik: