Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.
“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Xızıdan bəhs olunub.
“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Xızıdan bəhs olunub.
Xızı buraxılışında rayonun tarixi, özünəxas milli mətbəxi, müxtəlif fəsillərdə görünüşü, ekoturizm potensialı, unikal xınalı dağları, Altıağac Milli Parkı, istirahət zonaları, həmçinin digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat təqdim olunub.
Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.
Xızı buraxılışının videosunu təqdim edirik: