Regionlarda xidmət səviyyəsinin artırılmasını hədəfləyən təlimlər keçirilir

12:23 09.12.2019
5-6 dekabrda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Dövlət Turizm Agentliyinin əməkdaşlığı ilə  Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin icra etdiyi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsind Qəbələ, İsmayıllı və Qax şəhərlərində xidmət sahəsində mehmanxana qeydiyyatçıları üçün təlimlər təşkil olunub.
 
Təlimin proqramı və məzmunu xarici ekspertlərin iştirakı ilə pilot peşə məktəblərinin təlimçiləri tərəfindən hazırlanmış eyni adlı təlim modulları əsasında hazırlanıb.
 
Peşə məktəblərinin təlimçiləri tərəfindən tədris olunan təlimlərdə məqsəd regionda turizm sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərindəki işçi heyətin səriştələrinin artırılmasıdır.
 
Xatırladaq ki, bundan əvvəl 20-22 noyabrda sözügedən bölgələrdəki kiçik və orta sahibkarlıq subyektlərinin inzibati heyətləri, həmçinin 27-29 noyabrda həmin subyektlərdə çalışan ofisiantlar üçün təlimlər təşkil olunmuşdu.