İşgüzar tədbirlər sənayesində aparıcı nəşrlərdən hesab olunan “The Kongres Magazine” jurnalı 2020-ci il üzrə “Yeni Avropa”nın işgüzar tədbirlər sənayesinin ən nüfuzlu 5 insanını təqdim edib.
2606 oxucunun iştirak etdiyi səsvermə nəticəsində işgüzar tədbirlər sənayesində müxtəlif ölkələri təmsil edən 36 rəhbər şəxs arasında Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva birinci sırada qərarlaşıb.
Digər pillələrdə isə Macarıstan, Sloveniya və Serbiyanı təmsil edən Konqres Bürolarının rəhbərləri yer alıb.
Jurnal bildirib ki, siyahıda yer almış şəxslərin namizədlikləri özləri tərəfindən deyil, üçüncü şəxslər tərəfindən irəli sürülüb.
Qeyd edək ki, Sevda Əliyeva 2019-cu il üzrə keçirilmiş səsvermədə siyahı üzrə 5-ci pillədə qərarlaşmışdı.
“The Kongres Magazine” jurnalı 10 ildən çoxdur ki, Avropanın işgüzar tədbirlər sənayesində mühüm platforma rolunu oynayır. Jurnalda sənaye nümayəndələrindən müsahibələr, eyni zamanda xəbər və məqalələr dərc olunur və 2014-cü ildən etibarən oxucuların səsverməsi əsasında il ərzində yaradıcılığı, kütləyə təsir gücü, baxış tərzi, yenilikçilik qabiliyyəti ilə fərqlənən insanlar müxtəlif nominasiyalara layiq görülürlər.