“Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi “All round tourism” (“Hərtərəfli turizm”) adlı yeni layihəyə start verib.
1-28 avqustda keçiriləcək onlayn layihədə dövlət və ictimai qurumları təmsil edən spikerlər 9 müxtəlif istiqamət üzrə qonaq olacaqlar.
Layihə ərzində könüllülər turizmdə təhsil və təlim, qastronomik turizm, qonaqpərvərlik, bələdçilik, şərabçılıq, mədəni irs, kütləvi tədbirlərin təşkili və s. mövzular üzrə geniş təqdimatlarla tanış olacaqlar.
Layihənin keçirilməsində məqsəd Azərbaycanda turizm sahəsi üzrə təhsil alan və müvafiq sahəyə marağı olan könüllüləri vahid onlayn platforma ətrafında toplamaq, onları turizm sənayesində olan mövcud iş mühiti ilə tanış etmək, sənayedə olan son yeniliklər və mövcud vəziyyətlə bağlı gələcək planları müzakirə etmək, eləcə də iştirakçılar tərəfindən təqdim olunan təklifləri qiymətləndirməkdir.
Videogörüşlər “Zoom” tətbiqi vasitəsilə həyata keçiriləcək.
Onlayn görüşlərdə iştirak etmək üçün 30 iyuladək aşağıdakı linkə keçid edərək qeydiyyatdan keçmək mümkündür: