Cari ilin 18 noyabr tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Turizm Agentliyinin rəhbərlik etdiyi “Turizmin inkişafı” üzrə işçi qrupunun video-konfrans formatında ilk iclası keçirilmişdir.
İclasda işçi qrupunun yaradılması məqsədi və mandatı barədə iştirakçılara məlumat verilmişdir.
Sonra isə iclasda Dünya İqtisadi Forumu tərəfindən hazırlanan “Səyahət və Turizm İnkişaf İndeksi” beynəlxalq reytinqi üzrə ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətində İşçi qrupun mandatı çərçivəsində mümkün fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.
İclas zamanı “Səyahət və Turizm İnkişaf İndeksi”, bu indeks üzrə 2021-ci il hesabatında ölkəmizin hazırkı reytinqi barədə iştirakçılara ətraflı məlumat verilmiş, hesabatda yer alan indikatorların turizmlə birbaşa və dolayısı ilə bağlı olması iştirakçıların diqqətinə çatdırılmışdır.
Həmçinin indeks üzrə mövqeyimizin artırılması üçün “Turizm inkişafı” üzrə işçi qrupunun daha çox turizmlə birbaşa bağlı məsələlərə fokuslanmalı olduğu, turizmlə dolayısı ilə bağlı məsələlərlə isə Komissiya tərkibindəki digər aidiyyəti işçi qrupların məşğul olmasının məqsədəuyğun olduğu qeyd olunmuşdur.
Görüş zamanı seçilmiş indikatorlar üzrə mövcud vəziyyətin, metodologiyanın aidiyyəti qurumlar tərəfindən daha ətraflı öyrənilməsi, eləcə də hesabatlılıq üçün nümunəvi hesabat formasının hazırlanmasının vacibliyi iştirakçıların diqqətinə çatdırılmış və bunun əsasında fəaliyyət planının hazırlanması növbəti fəaliyyət istiqaməti kimi müəyyən olunmuşdur.
Görüşün yekununda qeyd olunan istiqamətlər üzrə ilin sonuna kimi ilkin fəaliyyət planının hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunması qərara alınmışdır.
İclasda 20 dövlət qurumu və 11 sənaye nümayəndəsi, həmçinin Komissiyanın Katibliyi təmsil olunmuşdur.