Ümumdünya Mülki Müdafiə Günü münasibətilə məlumatlandırma tədbiri keçirilib

17:32 27.02.2026
Fevralın 27-də Dövlət Turizm Agentliyinin struktur bölmələrinin və tabe qurumlarının əməkdaşlarının iştirakı ilə 1 mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda məlumatlandırma sessiyası keçirilib.

Tədbir çərçivəsində ekoloji risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin minimuma endirilməsi, resurslardan səmərəli istifadə, ekoloji təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, dayanıqlı inkişaf prinsiplərinin gündəlik iş proseslərinə inteqrasiyası, eləcə də əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər və tətbiq olunan yanaşmalar barədə təqdimatlar edilib.

Həmçinin tədbirdə ekoloji təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, risklərin erkən müəyyən edilməsi və idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb, Mülki Müdafiə üzrə qərargahın üvzləri tərəfindən iştirakçıların sualları cavablandırılıb.