Albaniya və Azərbaycan arasında turizm əlaqələri müzakirə edilib

11:05 11.06.2024
Turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları iyunun 10-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Albaniya Respublikasının ətraf mühit və turizm naziri xanım Mirela Kumbaro arasında görüş keçirilib.
 
Görüşdə hər iki ölkənin üzv olduğu beynəlxalq təşkilatlar, xüsusilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və BMT-Turizm çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
 
Görüş zamanı, həmçinin turizm təhsili, xidmət sahəsi üzrə kadrların hazırlanması, assosiasiyalar və özəl sektorla tərəfdaşlıq imkanları müzakirə edilib.