“Azərbaycan: Bir daha bax” tanıtım çarxı beynəlxalq festivalda qalib oldu

19:42 10.09.2019

Azərbaycan Turizm Bürosunun “Azerbaijan: Take Another Look” (Azərbaycan: Bir daha bax) destinasiya təbliğatı filmi “FilmAT” festivalının “Ən yaxşı ölkə təbliğatı filmi” kateqoriyasında birinci yerə sahib olub.

Qalib məşhur polşalı prodüser, "Oskar" mükafatı ilə təltif olunmuş Zbiqnev Zmudzkinin sədrlik etdiyi beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.

Mükafatlandırma mərasimi 16-18 oktyabr tarixlərində Polşanın Varşava şəhərində baş tutacaq.

Qeyd edək ki, Beynəlxalq Turizm Film Festivalları Komitəsinin üzvü olan "FilmAT" festivalı 14 ildir ki, fəaliyyət göstərir.

Festivalın keçirilməsinin əsas məqsədi sənədli filmlər, turizm kommunikasiyaları, həmçinin korporativ və televiziya filmləri sahəsində ən son tendensiyaları təbliğ etməkdir.