Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva dünya tədbirlər sənayesinin 100 ən nüfuzlu şəxsindən biridir

Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva dünya tədbirlər sənayesinin 100 ən nüfuzlu şəxsindən biridir

11:02 07.09.2020
Dünyada tədbirlər sənayesi üzrə mühüm platforma sayılan, həmçinin auditoriyasına statistik və məlumatlandırıcı informasiyalar çatdıran “Eventex” 2020-ci ildə işgüzar tədbirlər sənayesinin ən nüfuzlu 100 insanını təqdim edib.
 
26 ölkədən olan şəxslər arasında Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva da yer alıb.
 
Platformanın bildirdiyinə görə 5500-dən çox insanın səsverməsi ilə seçilmiş 100 şəxs yaradıcılığı, baxış tərzi, yenilikçilik qabiliyyəti ilə tədbirlər sənayesində xüsusi fərqlənən insanlardır.
 
2009-cu ildə təsis edilən “Eventex” platforması 85 ölkədən 950-dən çox şirkəti özündə birləşdirir. Platforma, eyni zamanda tədbirlər sənayesində müxtəlif nominasiyalar üzrə mükafatlar da təqdim edir.