Azərbaycanın işgüzar turizm imkanları Gürcüstanda təqdim olunub

10:06 05.07.2024
30 iyun – 4 iyul tarixlərində Tbilisi şəhərində keçirilən “M&I Tbilisi 2024” forumunda Azərbaycanın işgüzar turizm potensialı tanıdılıb.

Tədbirdə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə Bakı Konqres Mərkəzi təmsil edib. Tədbir ərzində B2B görüşlər keçirilərək, işgüzar tədbirlərin keçirilməsi üçün mövcud infrastruktur və bütövlükdə turizm potensialı haqqında məlumat verilib.

“M&I” tədbirləri il ərzində Avropa üzrə işgüzar və digər tədbir agentliklərini bir araya toplamaq məqsədi ilə təşkil olunaraq sənaye üzvləri arasında şəbəkələşmə platforması kimi çıxış edir.