Azərbaycanın turizm imkanları Hindistanda silsilə tədbirlərlə tanıdılır

12:34 10.06.2024
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Hindistanın Banqalor, Pune və Kəlkətə şəhərlərində ölkəmizin turizm imkanlarının təqdimatına həsr edilmiş silsilə tədbirlər, həmçinin Mumbay şəhərində mətbuat konfransı və şəbəkələşmə tədbiri təşkil edilib.
 
Hindistanın 100-dən çox turizm nümayəndəsi ilə Azərbaycanı təmsil edən şirkətlər arasında ikitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədi ilə keçirilən görüşlərdə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə, “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla, ümumilikdə 8 yerli tərəfdaş təmsil edib.
 
Səfər çərçivəsində, həmçinin Azərbaycan Turizm Bürosu tərəfindən Mumbay şəhərində 40-dan çox yerli media nümayəndəsinin iştirakı ilə mətbuat konfransı, eləcə də Hindistandan olan media və turizm şirkətlərinin iştirakı şəbəkələşmə tədbiri təşkil olunub.
 
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Hindistandan Azərbaycana 90 670 nəfər səfər edib ki, bu da ötən illə müqayisədə 2.6 dəfədən çox artımdır.