Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub

14:58 19.02.2020

Fevralın 18-də Minsk şəhərində keçirilən “Travel Connections Minsk” tədbirində  Belarusun 25  turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim  edilib.

B2B formatında keçirilən  görüşlərdə  Azərbaycanın turizm potensialı haqda geniş  məlumat verilib.

Eyni zamanda  iştirakçılara Azərbaycanın yeni turizm marşrutları nümayiş olunub.

Tədbirdə Minsk-Bakı arasında birbaşa uçuşların olması, iki ölkə arasında vizasız rejimin tətbiqi, dil baryerinin olmaması xüsusi vurğulanıb və bu imkanlardan yararlanaraq turistlərin  sayının artırılması müzakirə olunub.

Qeyd edək ki, ötən il Belarusdan Azərbaycana səfər edənlərin sayı 2018-ci illə müqayisədə 14.2 faiz artaraq 14841 nəfər təşkil edib.