Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibini təsdiqləyib

17:01 29.01.2019

Bununla bağlı Nazirlər Kabinetinin 28 yanvar 2019-cu il tarixli 27 nömrəli qərarında deyilir:

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin kollegiya

üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Kollegiyanın sədri

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

 

Kollegiyanın üzvləri:

- Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müavini

- Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru

- Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri

- Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının

turizm siyasəti və strategiyası şöbəsinin müdiri

- Azərbaycan Turizm və Menecment Universitetinin rektoru

- Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini.

 

https://cabmin.gov.az/az/document/3370/