Baş nazirdən “Yanar dağ” Qoruğu ilə bağlı QƏRAR

Baş nazirdən “Yanar dağ” Qoruğu ilə bağlı QƏRAR

19:44 15.07.2020
Nazirlər Kabineti “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritənin təsdiq edilməsi və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” 227 nömrəli qərara dəyişiklik edib.
 
Bu barədə qərarı iyulun 14-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov imzalayıb.
 
Qərara əsasən, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritə təsdiq edilib.
 
Xəritədə qoruğun ərazisinə daxil edilmiş qeyri-dövlət mülkiyyətində olan torpaqların mülkiyyətçilərin razılığı ilə Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş dövlət vəsaiti hesabına satın alınması təmin ediləcək.