“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planının 2.3-cü bəndinə əsasən dövlət orqanları tərəfindən Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələrinin keçirilməsi nəzərdə tutulub.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti hər ilin sonunda qiymətləndirilir.
Qiymətləndirilmənin nəticəsinə uyğun olaraq inzibati vəzifə tutan dövlət qulluqçusunun mükafatlandırılması, dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi, dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi, dövlət qulluqçusunun bilik və bacarıqlarına uyğun olaraq digər analoji vəzifəyə keçirilməsi və ya onun aşağı vəzifəyə keçirilməsi nəzərdə tutulub.
Qeyd olunanları nəzərə alaraq, Fəaliyyət Planının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə, mayın 6-da Dövlət Turizm Agentliyində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə hesabatlılığın təmin edilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə sözügedən hesabatın müzakirəsi üzrə görüş keçirilib.
Görüşdə 2023-cü il üzrə xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələri müzakirə edilib, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər və fərdi qaydada mükafatlandırılan dövlət qulluqçuları barədə məlumat verilib.