Dövlət Turizm Agentliyi 2024-cü il üzrə onlayn xəbər bülleteni hazırlayıb

17:13 13.02.2025
Dövlət Turizm Agentliyinin 2024-cü ilin yanvar-dekabr dövrünü əhatə edən onlayn xəbər bülleteni hazırlanıb.
 
Bülletendə Agentliyin müxtəlif istiqamətlər üzrə fəaliyyətini ehtiva edən məlumatlar əksini tapıb.
 
İl ərzində 2 dəfə olmaqla 6 aydan bir dərc olunan yarımillik və illik bülletenlərin məqsədi ictimaiyyətin Agentliyin həyata keçirdiyi fəaliyyətlə bağlı məlumatlanmasını təmin etməkdir.
 
Bülleten qurumun rəsmi veb-saytında "Xəbər bülleteni" bölməsində əks olunur.