Dövlət Turizm Agentliyi və turizm sektorunun nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

18:09 20.01.2020

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Hotellər Assosiasiyası, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və "Turizm Könüllüləri" İctimai Birliyinin əməkdaşları 20 Yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.