Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarla bağlı səlahiyyətləri artırılıb

Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarla bağlı səlahiyyətləri artırılıb

21:58 27.10.2020
Oktyabrın 26-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Nazirlər Kabinetinin Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydasına dəyişiklik edilməsi ilə bağlı qərarını imzalayıb.

Qərara əsasən Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqların əraziləri ilə bağlı səlahiyyətləri artırılıb.

Belə ki, Agentliyin tabeliyindəki qoruqların ərazilərinə münasibətdə milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədilə görülmüş tədbirlər, həyata keçirilən və maliyyələşdirilən layihələr, mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti, sahə üzrə qəbul edilən normativ hüquqi aktlar və tədbirlər planları, mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri, mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanılmış mühafizə müqavilələri, ərazidə aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri, onların hesabatı, milli mədəni irsə aid edilən kulinariya nümunələri, dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri barədə məlumatların yerləşdirilməsi üzrə cavabdeh qurum Dövlət Turizm Agentliyi olacaq.

https://nk.gov.az/az/document/4882/
https://nk.gov.az/az/article/1172/