Oktyabrın 14-də Dövlət Turizm Agentliyinin Aparatının əməkdaşları üçün “Biznes analizin dövlət qulluğuna tətbiqi” mövzusunda təlim təşkil olunub.
Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli təqdimatla çıxış edib.
O, iştirakçılara biznes anlayışı, tələblər, terminlər, analizlər və onların aparılma qaydası, problemlər və fürsətlər haqqında situasiya qiymətləndirilməsi, həmçinin digər əlaqədar mövzular haqqında geniş məlumat verib.
İnteraktiv müzakirə formatında keçən təlimdə praktiki qrup çalışmaları edilib və mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına uyğun olaraq təşkil olunub.