DTA əməkdaşlarına "İcbari tibbi sığorta" mövzusunda təlim keçirilib

14:42 05.03.2024
Martın 5-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri tərəfindən Dövlət Turizm Agentlyinin əməkdaşları üçün "İcbari tibbi sığorta" mövzusunda maarifləndirici təlim keçirilib.

İcbari tibbi sığorta haqqında ümumi məlumatın təqdim olunduğu təlimdə təqdimatlarla icbari tibbi sığorta haqları, xidmət zərfində yer alan tibbi xidmətlər, özəl tibb müəssisələrində sığorta çərçivəsində tibbi xidmətdən istifadə qaydaları, İTSDA-nın müqaviləsi olan özəl tibb müəssisələrinin siyahısı və icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilmə qaydası izah edilib.

Təlimin sonunda iştirakçıların maraq doğuran sualları cavablandırılıb.