Dekabrın 11-də Dövlət Turizm Agentliyinin Aparatının və regional turizm idarələrinin əməkdaşları üçün “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi” mövzusunda təlim təşkil edilib.
Təlim zamanı resursların idarəedilməsi və planlaşdırılması, komandadaxili ünsiyyətin əhəmiyyəti, aktiv dinləmə, emosional zəka, fəaliyyətin koordinasiyalı təşkili kimi mövzular üzrə iştirakçılara məlumat verilib.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planının müvafiq bəndinə uyğun olaraq təşkil edilib.