DTA-nın mətbuat katibi “Tərəqqi” medalına layiq görüldü

11:44 23.07.2020
İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 
Təltif edilənlər siyahısında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Quluzadə Kənan Vidadi oğlu da yer alıb.
 
O, “Tərəqqi” medalına layiq görülüb.

Agentliyimizin sözçüsünü yüksək dövlət mükafatına layiq görülməsi münasibətilə ürəkdən təbrik edirik!