DTA təbiət ərazilərində ekoturizmin inkişafı məqsədilə infotur təşkil edib

14:49 24.10.2024
Azərbaycanın turizm potensiallı ərazilərini tanıtmaq və ekoturizm fəaliyyətlərini təşviq etmək məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən iki turizm marşrutu boyunca infotur təşkil edilib.
 
Turoperator və turagentliklərin nümayəndələrinin, videobloger və bələdçilərin qatıldığı infotur Oğuz, Şəki, Qax, ikinci istiqamət üzrə isə Kəlbəcər, Xankəndi, Şuşa və Xocavənd rayonlarını əhatə edib.
 
İştirakçılar ekoturizmlə bağlı olan fəaliyyətlər, tarixi və mədəni turizm məhsulları ilə yaxından tanış olublar.
 
Silsilə infoturlar oktyabrın 31-də Bakıətrafı əraziləri və Xızı rayonunu əhatə edəcək.
 
Qeyd edək ki, infoturlar “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirilir.
 
Əsas məqsəd bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinin təmin edilməsi, bölgələrdə turizm sənayesinin fəaliyyət miqyasını genişləndirmək, turizm vasitəsilə "yaşıl artım" konsepsiyasını dəstəkləmək, həmçinin bunun nəticəsində regionlarda məşğulluq səviyyəsini artırmaqdır.