Formula 1 və “UEFA EURO 2020” tədbirləri ilə bağlı işçi qrupu yaradılıb

Formula 1 və “UEFA EURO 2020” tədbirləri ilə bağlı işçi qrupu yaradılıb

15:57 31.10.2019
Oktyabrın 31-də 2020-ci ildə Bakıda baş tutacaq Formula 1 və “UEFA EURO 2020” oyunlarının təşkilat komitələri və digər qurumların nümayəndələri ilə keçirilən görüşdə birgə işçi qrupunun yaradılmasına qərar verilib.
 
Azərbaycan Turizm Bürosu, Bakı Şəhər Halqası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Hotel Assosiasiyasının təşkilat heyətindən ibarət işçi qrupu ölkəyə daha çox turistin cəlb olunması və qonaqların vaxtlarını daha səmərəli keçirmələrini təmin etmək üçün birgə fəaliyyət göstərəcəklər.
 
Görüş çərçivəsində təkcə Bakı deyil, regionlar üzrə də təbliğatın aparılması, turizm məhsullarının yaradılması, eyni zamanda satış platformalarının müəyyən olunması imkanları və yolları kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.