3-5 iyul tarixlərində Ankarada İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin işçi qrupu üzvlərinin 6-cı illik koordinasiya görüşü keçirilib.
Ölkəmizi tədbirdə Dövlət Turizm Agentliyinin mütəxəssisi Azər Orucov təmsil edib.
Azərbaycan, Türkiyə, Banqladeş, Kamerun, Qambia, İran, Malayziya, İndoneziya, Niger, Nigeriya, Qatar, Sudan və s. ölkələrdən nümayəndələrin iştirak etdiyi görüşdə bu sahədə mövcud problemlər, komitənin strategiyasının icrasında əldə olunmuş nailiyyətlər, təşkilatın digər institutlarının fəaliyyətlərinin bu strategiya ilə uzlaşdırılması, komitə tərəfindən verilən tövsiyələrin inkişaf səviyyəsinə görə bir-birindən fərqlənən ayrı-ayrı üzv ölkələrin müəyyən sahədəki konkret ehtiyacına uyğunlaşdırılması kimi məsələlər müzakirə olunub.