“REAL Vətən” Naxçıvanın turizm imkanlarını işıqlandırdı

09:59 22.03.2021
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.
 
“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Naxçıvandan bəhs olunub.
 
Naxçıvan buraxılışında buranın tarixi, ecazkar təbiəti, mədəniyyəti, zəngin turizm imkanları, unikal abidələri, Dövlət Bayrağı Meydanı, Saat Meydanı, Əlincə qalası, Naxçıvan Xan sarayı, Nuh, Möminə Xatun, İmamzadə, Yusif ibn Küseyir türbələri, Hüseyn Cavid məqbərəsi, Şərq hamamı, Duzdağ və Əshabi-Kəhf mağaraları, həmçinin digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat verilib.
 
Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.
 
Naxçıvan buraxılışının videosunu təqdim edirik: