“REAL Vətən” Oğuzun turizm imkanlarını göstərdi

08:38 10.03.2021
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.

“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Oğuz rayonundan bəhs olunub.

Oğuz buraxılışında rayonun tarixi, ecazkar təbiəti, şəlalələri, alban irsi, tarixi və mədəni abidələri, mədəniyyəti, ekoturizm potensialı, mətbəxi, Baş Daşağıl, Filfilli, Xalxal kimi kəndlərinin turizm imkanları, həmçinin digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat verilib.

Layihə çərçivəsində növbəti veriliş isə Naxçıvana həsr olunacaq.

Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.

Oğuz buraxılışının videosunu təqdim edirik: