"Real Vətən - Qarabağ" telelayihəsinə start verilib

12:28 21.06.2024
Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə Qarabağ və Şərqi Zəngəzurun turizm imkanlarını nümayiş etdirmək və geniş kütləyə tanıtmaq məqsədini daşıyan məlumatlandırıcı və maarifləndirici "Real Vətən - Qarabağ" telelayihəsinin icrasına başlanılıb.

REAL TV-də yayımlanan "Real Vətən - Qarabağ" telelayihəsi çərçivəsində ilk veriliş Şuşa şəhərinə həsr olunub.

Şuşa buraxılışında şəhərin tarixi, təbiəti, mədəniyyəti, tarixi şəxsiyyətləri, zəngin turizm imkanları, Cıdır düzü, Şuşa qalası, Xan qızı Xurşidbanu Natəvanın sarayı, Xan qızı bulağı, Yuxarı Gövhər Ağa məscidi, Hacıquluların malikanəsi, Mehmandarovların evi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Bülbülün ev-muzeyi, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, Daşaltı kəndi və digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat verilib.

Qeyd edək ki, bundan öncə ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədilə 42 bölümdən ibarət olan "Real Vətən" telelayihəsi izləyicilərə təqdim olunmuşdu.

Şuşa buraxılışının videosunu təqdim edirik: