Oktyabrın 1-də Dövlət Turizm Agentliyi tərəfindən qurumun strukturuna daxil olan regional turizm idarələrinin əməkdaşları üçün "Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri və korrupsiyaya qarşı mübarizə" mövzusunda onlayn təlim təşkil edilib.
Təlimdə regional turizm idarələrinin 35-dən çox əməkdaşı iştirak edib.
Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən keçirilən təlim zamanı əməkdaşlara dövlət qulluğunda etik davranış qaydaları və prinsipləri, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər barədə məlumat verilib.
Həmçinin xidməti vəzifələrinin icrası zamanı dövlət qulluqçularından gözlənilən və tələb edilən davranış qaydaları diqqətə çatdırılaraq, dövlət qulluqçusu statusuna malik olan şəxslərin xidməti davranışlarını həmin standart və prinsiplərə əsaslanaraq həyata keçirməli olduqları bildirilib.
Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına uyğun olaraq təşkil olunub.