29 sentyabr – Turizm işçiləri günü münasibətilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən təltif olunan turizm sənayesi nümayəndələrinə Fəxri Fərmanlar təqdim edilib.
Dövlət Turizm Agentliyinin inzibati binasında baş tutan tədbirdə Fəxri Fərmanları Agentliyin Aparat rəhbəri Kənan Qasımov və DTA sədrinin müşaviri Kənan Quluzadə təqdim ediblər.