Ümumdünya Turizm Təşkilatının Assosiativ üzvləri Bakı toplantısını müzakirə edib

05:34 07.03.2019

Almaniyada keçirilən “İTB Berlin” sərgisi çərçivəsində BMT-nin Ümumdünya Turizm Təşkilatının Assosiativ üzvlərinin İdarə Heyətinin 48-ci iclası keçirilib. Tədbirdə Azərbaycanı Bakı Turizm İnformasiya Mərkəzinin (Baku Tourism Information Center) direktoru Rüfət Bağırov təmsil edib.

 

İclasın gündəliyinə ÜTT-nin yeni Assosiativ üzvlərinin qəbul qaydalarında dəyişiklik, yeni onlayn platformanın tətbiqinin təqdimatı və ÜTT-nin İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçiriləcəyi haqqında müzakirələr daxil edilib.

 

Xatırladaq ki, yanvarın 22-də Madrid şəhərində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili arasında Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İcraiyyə Şurasının növbəti 110-cu sessiyasının cari ilin iyun ayında Bakı şəhərində keçirilməsinə dair saziş imzalanıb.

 

Azərbaycan 2001-ci ildən BMT-nin Ümumdünya Turizm Təşkilatının üzvüdür. Bakı Turizm İnformasiya Mərkəzi isə 2011-ci ildən etibarən quruma assosiativ üzv olaraq qəbul edilib.