Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "-28, +4466" sənədli filmi təqdim edilib

14:46 12.12.2023
Dövlət Turizm Agentliyi və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "-28, +4466" sənədli filmi təqdim edilib.

Filmdə Ulu Öndərin sovet hakimiyyəti və müstəqillik dövründə turizmin inkişafı üçün qəbul etdiyi qərarlardan, vaxtında və məqsədyönlü atılan müdrik addımlarından, bu uğurlu siyasətin davamı olaraq ölkə rəhbərliyi tərəfindən son 20 il ərzində göstərilən diqqət sayəsində turizmin qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsindən bəhs olunub.