“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib

23:21 25.01.2020
Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib.

Bu barədə qərarı yanvarın 24-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov imzalayıb.

Qərarda qeyd olunur ki, milli qoruq statusu “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna verilib.

Qərarda, həmçinin Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.